Çeçenistanda partlayış - 6 polis yaralanıb

Çeçenistanda partlayış - 6 polis yaralanıb

Bu gün səhər saatlarında Çeçenistanın Qroznı rayonunda post-patrul məntəqəsində partlayış törədilib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə,  post-patrul məntəqəsinə yaxınlaşan iki şəxs polislər tərəfindən saxlanılıb.

Bu zaman onlar üzərlərindəki partlayıcı qurğunu işə salıblar. Nəticədə 6 polis əməkdaşı yaralanıb. Yaralılardan 3-nün durumu ağırdır.

Artıq özlərini partladan iki nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Həmin şəxslər 1991-ci il təvəllüdlü Əhməd İnalov və 1989-cu il təvəllüdlü Şamil Canaraliyevdir. Hər iki şəxs Qroznının Kirovka qəsəbəsinin sakinləridir.

0
45