Putin: "Rusiya qoşulmama təhlükəsizlik sisteminin yaradılmasına hazırdır"

Putin: "Rusiya qoşulmama təhlükəsizlik sisteminin yaradılmasına hazırdır"

"Rusiya qoşulmama təhlükəsizlik sisteminin yaradılması üzərində işləməyə hazırdır".

Vladimir Putin bu gün Qızıl Meydanda faşizm üzərində Qələbənin 71-ci ildönümünə həsr olunan hərbi paradda çıxışında bildirib.

"Bu gün sivilizasiya yenidən qəddarlıqla və zorakılıqla üzləşib. Terroçuluq qlobal təhlükəyə çevrilib. Biz bu şərə qalib gəlməyə borcluyuq. Rusiya digər dövlətlərlə qüvvəsini birləşdirməyə açıqdır, qoşulmama beynəlxalq təhlükəsizlik sisteminin yaradılması üzərində işləməyə hazırdır",deyə RF prezidenti qeyd edib.

V. Putin onu da bildirib ki, Rusiya əsgərləri və komandirləri Böyük Vətən Müharibəsinin qəhrəmanlarının layiqli varisləri olduğunu sübut ediblər: "Əminəm ki, bu gün veteranlar öz nəvə-nəticələri ilə qürur duyurlar".

0
17