Moskvada Qələbə paradı başa çatdı

Moskvada Qələbə paradı başa çatdı

Moskvadakı Qızıl Meydanda faşizm üzərində Qələbənin 71-ci ildönümünə həsr olunan Qələbə Paradı keçirilib. 

Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Rusiyanın dövlət və hökumət rəsmiləri iştirak ediblər.

10 mindən çox hərbçi, 135-ə yaxın döyüş texnikası, 71 hərbi təyyarə və helikopterin iştirak etdiyi paradı Rusiyanın müdafiə naziri, ordu generalıSergey Şoyqu qəbul edib. Müdafiə naziri prezidentə bütün növ qoşunların məruzə etdikdən sonra hərbi parad başlayıb.

İlk öncə  hərbi məktəblərin kursantları, hava və quru qoşunların əsgər və zabitləri, dəniz qoşunları, daxili qoşunların əsgərləri olub. lk dəfə hərbi paradda Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular da iştirak ediblər. hava hücumundan müdafiə sistemləri və dünyada analoqu olmayan S-400 «Triumf», “Topol-M” və "Yars" zenit-raket sistemləri nümayiş olunub.

Paradın sonunda havaya hərbi vertolyotlar və qırıcı təyyarələr qalxıb. Bunlar arasında “Mi 28”, “Mi 8” helikopterləri, “An 22” və dünyanın ən böyük hərbi yük təyyarəsi olan “Ruslan”, “MiQ 31”, “Su-24m”, Su-34, Su-25 və Su-35 “Tu- 22m3”, “Tu-95”, “Su- 27” və “MiQ 29” qırıcı təyyarələri olub. Daha sonra V.Putin və N. Nazarbayev İkinci Dünya müharibəsinin iştirakçısı olmuş veteranlarla görüşüblər.

***

saat 11.04

Moskvada Qızıl meydanda İkinci Dünya Müharibəsində Qələbənin 71-ci ildönümünə həsr edilmiş hərbi parad başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hərbi parada 10 mindən çox hərbi qulluqçu, 135 hərbi maşın və Qələbədən ötən 71 illə əlaqədar 71 təyyarə və vertolyot iştirak edir.

İlk dəfə hərbi paradda Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular da iştirak edirlər. Hərbi paradda yeni texnika və silah növləri nümayiş etdirilir.

0
31