Naxçıvan öz şəhidini belə qarşıladı – FOTO

Naxçıvan öz şəhidini belə qarşıladı – FOTO

500-600 avtomobil karvanı şəhidin cənazəsini müşahidə edib.

Aprelin 4-də Goranboy istiqamətində yüksəkliklər uğrunda gedən döyüşlərdə şəhid olmuş Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kənd sakini 40 yaşlı mayor Rasim Əbdül oğlu Məmmədovun cənazəsi bu gecə Bakı şəhərindən Naxçıvan Beynəlxalq Hava Limanına göndərilib. 

Oxu.Az naxcivanxeberleri-nə istinadən xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında 5 mindən çox insan öz şəhidini qarşılamağa çıxıb.

Bundan başqa, insanlar gecə yarı olmasına baxmayaraq muxtar respublikanın müxtəlif rayonlarından, kəndlərindən hava limanına axın ediblər. 500-600 avtomobil karvanı şəhidin cənazəsini müşahidə edib. 

Rasim Məmmədov bu gün Cəhri kəndində dəfn olunacaq.

Allah rəhmət etsin!

www.oxu.az

0
31