Elman Rüstəmov manatın gələcəyindən danışdı

Elman Rüstəmov manatın gələcəyindən danışdı

“Məzənnə bazarın tələbatına müvafiq müəyyən olunur”.

Manat ilin sonuna qədər sabit məzənnədə olacaq. 

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. E.Rüstəmov bildirib: 

“Son vaxtlar milli valyutanın məzənnəsində sabitlik hiss olunur”.

Onun sözlərinə görə, məzənnə bazarın tələbatına müvafiq müəyyən olunur: 

“Manat üzən məzənnə fonunda sabitləşməyə çalışır. Manatla bağlı proqnozlara gəlincə, bu, həm daxili, həm də xarici amillər, neftin qiymətləri ilə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət də bunu deməyə əsas verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır”.

O bildirib ki, ilin əvvəlindən indiyə kimi AMB-nin valyuta ehtiyatları artaraq 4,2 milyard dollara yaxın məbləğə çatıb.

0
28