Poroşenko Avropaya çağırış etdi

Poroşenko Avropaya çağırış etdi

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar genişləndirilməlidir.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Petro Poroşenko bəyan edib.

“Bəzi ölkələrdə vaxtaşırı Rusiyaya qarşı sanksiyaların qeyri-effektivliyi barədə fikirlər səslənir. Belə olan halda, sanksiyaları aradan qaldırmaq yox, əksinə genişləndirmək gərəkdir”, deyə P.Poroşenko bildirib.

Onun sözlərinə görə, Ukrayna diplomatları Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün əllərindən gələni edirlər.

Qeyd edək ki, bundan əvvəl bir sıra ölkələrin Avropa İttifaqının iyun sammitində Rusiya üzərindən sanksiyaların aradan qaldırılmasının lehinə çıxış edəcəkləri barədə məlumat yayılıb.

0
18