Totti yubiley matçını keçirdi

Totti yubiley matçını keçirdi

Françesko Totti “Roma”nın heyətində yubiley matçını keçirib. Apasport.az saytının məlumatına görə, İtaliya A seriyasının 37-ci turunda “Kyevo” ilə oyunda sonradan meydana daxil olan veteran futboçu “canavarlar”la çempionatda 600-cü oyununa çıxıb.

Qeyd edək ki, İtaliya futbolu tarixində cəmi 3 futbolçuya 600 oyun keçirmək nəsib olub. Tottiyə qədər A seriyasında Xavyer Zanetti “İnter”də 615 və Paolo Maldini isə “Milan”da 647 oyunda meydana çıxıb.

600-lər klubuna növbəti namizəd isə Canluici Buffon ola bilər. O, gələn mövsümdə “Yuventus”un heyətində bu göstəriciyə çata bilər. Bügünə qədər Buffon A seriyasında 589 matçda iştirak edib.

0
21