Əfqanıstanda sənaye müəssisəsinin əməkdaşları oğurlandlı

Əfqanıstanda sənaye müəssisəsinin  əməkdaşları oğurlandlı

Əfqanıstanın Baqlan əyalətində naməlum silahlılar 15 sement zavodu və kömürçıxarma şirkətinin əməkdaşını oğurlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, onların arasında mühəndislər, texniki personal və digər əməkdaşlar var.

“Ghori” sement zavodunun müdiri faktı təsdiqləyərək bildirib ki, hadisə mayın 8-i, səhər saatlarında baş verib.

İnsidentə görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

0
19