Rusiya Suriyaya tank yollayır

Rusiya Suriyaya tank yollayır

Yüklə Suriyaya yollanan rus gəmisi KİL-158 İstanbul boğazından Mərmərə dənizinə tərəf keçib.

Bu barədə Oxu.Az Hurriyet qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən, hadisə mayın 8-də yerli vaxtla 8.30-da baş verib.

Qəzet həmçinin saytda videoçarx yerləşdirib. Çarxda İstanbulun yanından keçən gəmi görünür. Onun üzərində KIL-158 və КИЛ-158 yazılıb.

Qeyd olunur ki, göyərtədə torun altında ehtimalla iki tank var. KİL-158-i qəbul olunmuş təhlükəsizlik qaydalarına əsasən, Türkiyə  sahil mühafizəsinin gəmisi və polis helikopteri müşayiət edirdi.

0
25