Kəraçidə partlayış: 12 yaralı

Kəraçidə partlayış: 12 yaralı

Pakistanın Kəraçi şəhərində baş verən partlayış nəticəsində 3-ü uşaq olmaqla azı 12 nəfər xəsarət alıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, naməlum silahlılar restorana qumbara ataraq hadisə yerindən qaçıblar.


Xəsarət alanlar xəstəxanaya çatdırılıblar, onlardan 2-in vəziyyəti ağır kimi qiymətləndirilir.


Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

0
25