Avtobuslar yanacaqdaşıyan maşına çırpıldı - onlarla ölü var

Avtobuslar yanacaqdaşıyan maşına çırpıldı - onlarla ölü var

Əfqanıstanın şərqində yerləşən Qəzni əyalətində iki sərnişin avtobusunun yanacaq daşıyan maşınla toqquşması nəticəsində 73 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Lent.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi İsmayıl Kavusi məlumat verib.

"Bazar günü səhər Qəznidə iki avtobusun yanacaq daşıyan maşınla toqquşmasından sonra ümumilikdə 73 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb", — deyə "Sinxua" məmurun sözlərini sitat gətirir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, avtobuslarda 120-dən çox adam olub. Aralarında qadın və uşaqların da olduğu yaralılar xəstəxanalara yerləşdirilib.

0
25