Tanınmış aktrisa xəstəxanaya yerləşdirildi

Tanınmış aktrisa xəstəxanaya yerləşdirildi

Türkiyəli aktrisa Oya Aydoğan xəstəxanaya yerləşdirilib.

Qafqazinfo-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, özəl xəstəxanalardan birinə aparılan Aydoğanın aorta damarında yırtıq olduğu aydın olub. 
Aktrisa 10 saatlıq əməliyyata götürülüb. Həkimlər onun həyatı üçün ciddi təhlükə olduğunu söyləyib.

Oya Aydoğanın Orxan Gəncəbay, Bülənt Ersoy kimi bir neçə sənətçi dostu xəbəri eşidər-eşitməz xəstəxanaya gedib.

0
27