Zərif Bakı və İrəvanı sülhə səslədi

Zərif Bakı və İrəvanı sülhə səslədi

“Baş verən qarşıdurmanı dayandırmaq lazımdır”.

İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif erməni həmkarı ilə telefon danışığı zamanı Ermənistan və Azərbaycanı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı İSNA agentliyi məlumat yayıb.

Zərifin sözlərinə görə, baş verən qarşıdurmanı dayandırmaq və regionda sabitlik yaratmaq lazımdır. O, İranın münaqişə tərəflərinə müvafiq istək nüamayiş etdirdikləri halda, münaqişənin həllinə vasitəçilik edə biləcəyini qeyd edib.  

Agentliyin məlumatına görə, Zərif İranın Ramsar şəhərinə yola düşüb, burada 5-6 aprel tarixlərində Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək.

0
17