Bakı metrosunun qarşısında qanlı dava: Ölən var

Bakı metrosunun qarşısında qanlı dava: Ölən var

Faktla bağlı cinayət işi açılıb.

Bu gecə Bakıda qətl hadisəsi baş verib.

Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, gecə saat 2 radələrində Məhəmməd Hadi küçəsi 68A ünvanının yaxınlığında, metronun “Həzi Aslanov” stansiyasının qarşısında bir qrup şəxs arasında dava-dalaş olub. 

Dava zamanı naməlum şəxs 1977-ci il təvəllüdlü Nurullayev Musa Nurulla oğlunun döş qəfəsinə bıçaq zərbəsi endirib. M.Nurullayev hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

0
65