Lukaşenko Azərbaycan prezidentini təbrik etdi

Lukaşenko Azərbaycan prezidentini təbrik etdi

Belarus prezidentinin mətbuat xidməti məlumat yaydı.

Belarus prezidenti Aleksandr Lukaşenko Böyük Vətən müharibəsində qazanılan Qələbənin 71-ci ildönümü münasibəti ilə azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib.

Oxu.Az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Belarusun dövlət başçısı Böyük Vətən müharibəsində Qələbə gününün bayramedilməsi ərəfəsində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev, Moldova, Tacikistan prezidenti Emomali Rəhmon, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan prezidenti İslam Kərimov və Ukrayna prezidenti Pyotr Poroşenkoya təbrik məktubu ünvanlayıb.

0
32