“Tour d’Azerbaidjan-2016” veloyürüşünün sonuncu mərhələsi start götürdü

“Tour d’Azerbaidjan-2016” veloyürüşünün sonuncu mərhələsi start götürdü

İştirakçılar Bakı-Abşeron-Bakı marşrutu ilə 158 kilometr məsafə qət edəcəklər.

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün beşinci - sonuncu mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan paytaxtının Azadlıq meydanından start götürən bu mərhələdə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu ilə 158 kilometr məsafə qət edəcəklər.

Xatırladaq ki, “Synergy Baku” dördüncü mərhələdən sonra komanda hesabında ikinci yeri tutur. Komandamız yarışların lideri “Felbermayr - Simplon Wels” (Avstriya) klubuna 1 dəqiqə 21 saniyəlik fərqlə uduzur.

0
34