Rusiyada baykerləri güllələdilər: 5 ölü

Rusiyada baykerləri güllələdilər: 5 ölü

Hücum edən şəxs “Sayqa” markalı karabinlə silahlanmışdır.

Moskva ətrafındakı Yeqorevsk rayonunun Çelnoxov kəndində naməlum şəxs karabindən bir qrup baykeri güllələyib. Nəticədə beş nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə regionun fövqəladə xidmətindəki mənbə məlumat verib.

“Hücum edən şəxs “Sayqa” markalı karabinlə silahlanmışdır. Hazırda onun axtarışları davam etdirilir”, - agentliyin sözçüsü deyib. 

Hadisənin şahidi olan iki qadının sayəsində hüquq-mühafizə orqanları qatilin şəxsiyyətini müəyyənləşdiriblər. 

0
26