Naməlum şəxs lotereyada 40 mln dollar uddu

Naməlum şəxs lotereyada 40 mln dollar uddu

Kanadanın Kvebek bölgəsində  naməlum şəxs populyar milli “Lotto Max” lotereyasında 50 mln Kanada dolları (38,7 mln ABŞ dolları)  udub. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə lotereya təşkilatçılarının açıqlamasında bildirilir.

Uduşlu bilet təqdim edildikdən sonra onun sahibinin kimliyi məlum olacaq.

Hər biri 1 mln Kanada dolları (770 min ABŞ dolları) olmaqla daha iki bilet uduşlu olub.

Əhali arasında populyar olan  “Lotto Max” lotereyası Kanadada 2009-cu ildən oynanılır. Uduşu əldə etmək üçün 1-dən 49-dək yeddi əsas rəqəmi doğru qeyd etmək gərəkdir. Bundan başqa, 6-7 ikincidərəcəli mükafatlar da oynanılır.

2015-ci ilin oktyabrında “Lotto Max” lotereyasında 64 mln Kanada dolları ($49,5 mln), dekabrın sonunda isə 60 mln  dollar  ($46,2 mln) udulb.

0
14