ABŞ-ın Ermənistandakı keçmiş səfiri Ukraynadakı dipmissiyanın rəhbəri olacaq

ABŞ-ın Ermənistandakı keçmiş səfiri Ukraynadakı dipmissiyanın rəhbəri olacaq

ABŞ-ın Ukraynadakı yeni səfiri Mari Yovanoviç olacaq. APA-nın məlumatına görə, bunu Ukraynanın “Den” nəşrinə ölkənin XİN-dəki mənbələr bildirib.

Nəşrin məlumatına görə,  Mari Yovanoviç rus dilini mükəmməl bilir və Ukraynadakı hazırkı vəziyyətdən ətraflı məlumatlıdır. Həmçinin, Mari Yovanoviçin yaxşı nüfuza malik olduğu bildirilir.

Qeyd edək ki, Mari Yovanoviç 2005-2008-ci illərdə Qırğızıstanda, 2008-2011-ci illərdə isə Ermənistanda səfir işləyib. 2012-ci ildən etibarən Mari Yovanoviç Avropa və Asiya məsələləri bürosunda ABŞ dövlət katibinin köməkçisinin müavini vəzifəsində çalışır.

O həmçinin ABŞ-ın Somali, Böyük Britaniya, Rusiya və Kanadadakı diplomatik nümayəndəliklərində çalışıb.

Qeyd edək ki, bundan əvvəl mətbuatda ABŞ-ın Ukraynadakı hazırkı səfiri Ceffri Payettin Amerikanın Yunanıstandakı diplomatik missiyasına rəhbər vəzifəsinə təyinat alacağı barədə məlumat yayılıb.    

0
32