“Xəzər Lənkəran”da gözlənilməz istefa

“Xəzər Lənkəran”da gözlənilməz istefa

“Bu gün ən zəif oyunumuzu oynadıq, mövsüm ərzində heç belə çıxış etməmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.

Topaz Premyer Liqasının XXXIII turunda öz meydanında “Kəpəz”lə qarşılaşan cənublular böyükhesablı məğlubiyyətə üzülüblər. Matçdan sonra oyunu dəyərləndirən Elbrus Məmmədov vəzifəsindən ayrılmaq istədiyini bildirib: “İlk hissədə az-çox nəsə etməyə çalışdıq. İkinci hissədə isə tamamilə təsirsiz idik. “Kəpəz”ə və Şahin müəllimə Avrokuboklarda uğurlar arzulayıram. Belə oyunla komandada qalmağın bir mənası yoxdu. Artıq istefa ərizəmi rəhbərliyə təqdim etmişəm. Onlardan cavab gözləyirəm”.

0
33