Əfqanıstanda NATO-nun 2 hərbçisi öldürülüb

Əfqanıstanda NATO-nun 2 hərbçisi öldürülüb

Əfqanıstanda silahlı şəxslərin hücumu nəticəsində NATO-nun iki hərbçisi ölüb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə,  hücum edən şəxslər  yerli hərbçi geyimində olublar. İnsident ölkənin cənub bölgəsində baş verib.

Cavab atəşi ilə hücum edənlər öldürülüb.

Baş vermiş insidentə görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

 Hadisənin təfərrüatları hələlik açıqlanmır.

0
17