Rusiya 20 ton Türkiyə pomidorunu məhv etdi

Rusiya  20 ton Türkiyə pomidorunu məhv etdi

Rusiya kənd təsərrüfatı mallarına dövlət nəzarəti xidmətinin (Rosselxoznadzor)  Orenburq yaxınlığındakı zibil poliqonda Türkiyə istehsalı olan 20 ton pomidoru məhv edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, pomidorlar Rusiyaya Qazaxıstan ərazisindən daxil olub.

Faktla bağlı inzibati xətaya dair işə başlanılıb.

Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən pomidor da daxil olmaqla Türkiyədən bir sıra bitkiçilik məhsullarının ölkəyə tədarükünə qadağa qoyub

0
18