Doğuş əkiz oğul atası olmasından yazdı

Doğuş əkiz oğul atası olmasından yazdı

Xəbər verildiyi kimi, türkiyəli müğənni Doğuşla Xoşqədəm Hidayətqızının əkiz övladları dünyaya gəlib. Cütlüyün əkiz oğlanları "Şişli Kolan İnternetional Hospital” xəstəxanasında dünyaya gəlib. Aparıcının da, övladlarının da səhhəti yaxşıdır.

Musavat.com xəbər verir ki, Doğuş bu gün instaqram hesabında ata olması ilə bağlı yazıb və hisslərini bölüşüb: “Bir gün ata olacağımı heç xəyal da etməmişdim. 2014-cü ilin oktyabr ayında bütün həyatım dəyişdi. Ata-ana sevgisi görməyən, uşaqkən tərk edilən, yataqxanalarda, küçələrdə böyüyən mən  - Orxan Baltaçı Doğuş bir gün mənim uşağımın da küçələrdə, yataqxanalarda mənim çəkdiyim iztirabları çəkəcəyini hər zaman düşündüm, qorxdum. Qərar vermişdim ki, bu dünyadan köçərkən arxamda gözü yaşlı övlad qoymadan gedəcəyəm. Amma uca Rəbbim mələk üzlü, uşaqları dəlicəsinə sevən bir qadını qarşıma çıxarmaqla aldığım qərarı alt-üst etdi.

“Rəbbim onu qarşıma çıxarmaqla aldığım qərarı alt-üst etdi”

Sən uşağına yaxşı baxmaqla övladlarını atan ata-analara bir dərs verməlisən. Uşaq ikən arzuladığın uşaqlığı övladlarına yaşatmaqla uşaqlarını tərk edən ata-anaların doğru yola gəlməsinə nail olmalısan dedi. Və bu gün mən, sənədlərdə adı Orxan Baltaçı olan, amma pis uşaqlığını, çəkdiyi iztirabları unutmaq üçün adından belə imtina edən , yenidən doğmaq adına öz adını dəyişdirərək Doğuş adını verən mən Doğuş ata oldum. Bu, sözlə ifadə ediləcək kimi deyil. Göz yaşlarım sel oldu... 42 illik ömrümdə nələr yaşamadım, enişlər, çıxışlar... Bəlkə kimisə qırdım, bəlkə etdiyim bir yersiz hərəkətə görə məni sevənlərdən kimlərisə itirdim...

Bağışlayın... Bu gün yenidən doğdum. Yenidən... Belə sevinci həyatımda heç yaşamadım. İlk dəfə gözlərimin içindəki, illərdir məni tərk etməyən o kədərin yerinə sevinc gəldi. Mən ata oldum, mənim yaşadığım uşaqlığımı yaşamayacaq iki məsum, günahsız yavrularımı qucağıma aldım. Bütün övlad gözləyən ailələrə bu sevinci dadmağı Allah nəsib etsin...”

0
32