Tiflisin ABŞ-la birgə təlimlərə dair Kremlə cavabı

Tiflisin ABŞ-la birgə təlimlərə dair Kremlə cavabı

Gürcüstan –ABŞ “Noble Partner 2016”  birgə hərbi təlimləri kiməsə qarşı yönəlməyib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan XİN-in bəyanatında bildirilir.

“Gürcüstanda analoji hərbi təlimlər keçən il də təşkil olunmuşdu. Bu növ hərbi təlimlərlə Gürcüstan tərəfdaşları ilə əməkdaşlığı genişləndirir. Bu ölkənin müdafiə qabiliyyətinin artırılması üçün vacibdir”, - deyə məlumatda bildirilir.

XİN-də qeyd olunub ki,  suveren və müstəqil dövlət olan Gürcüstanın ölkə ərazisində təlimlər keçirməyə,  hansı ölkələrlə tərəfdaşlıq edilməsinə dair qərar verməyə və onlarla əməkdaşlığın qaydasını müəyyən etməyə  hüququ var.

Qeyd edək ki, bundan əvvəl Rusiya XİN-i Gürcüstan –ABŞ birgə hərbi təlimləri təxribat addım adlandırıb.

0
17