Şəkidə gənc 52 yaşlı həmkəndlisini xəstəxanalıq edib

Şəkidə gənc 52 yaşlı həmkəndlisini xəstəxanalıq edib

Şəkidə 25 yaşlı gənc 52 yaşlı həmkəndlisini döyərək xəstəxanalıq edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) Lent.az-ın bölgə müxbirinə verilən məlumata görə, bu gün səhər saatlarında rayonun Aşağı Şabalıd kənd sakini, 1964-cü il təvəllüdlü Şaban Kamal oğlu Məcidov döş qəfəsinin qapalı travması və döş sümüyünün sınığı xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 52 yaşlı Şaban Məcidov həmkəndlisi tərəfindən döyülüb. Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Şaban Məcidovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, Şaban Məcidovla həmkəndlisi 1991-ci il təvəllüdlü Məcid Əhməd oğlu Abdulləlimov arasında şəxsi münasibətlər zəminində münaqişə  baş verib. Dava zamanı Məcid Abdulləlimov həmkəndlisi olan Şaban Məcidovu döyərək ona bədən xəsarəti yetirərək hadisə yerindən qaçıb. Keçirilmiş tədbir nəticəsində hadisəni törədən Məcid Abdulləlimov saxlanılıb.

Faktla bağlı Şəki ŞRPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

0
20