“Quql”-un böyük sirri: burda nə gizlədilib? - MÜBHƏM GÖRÜNTÜLƏR

“Quql”-un böyük sirri: burda nə gizlədilib? - MÜBHƏM GÖRÜNTÜLƏR

İnternet axtarış sistemi olan ququlun yer xəritəsi “Google earth” sayəsində dünyanın hər yerini istədiyimiz vaxt görə bilirik. Ancaq ququlun görə bilmədiyi bəzi yerlər də var. Lent.az gizli saxlanan həmin yerlər haqqında məlumat və fotolarını təqdim edir.

                                                                   

Pasific Northwest, ABŞ

Gizli saxlanan bu yerdə FEMA ( Federal və təcili yardım rəhbərliyi agentliyi) və Yüksək tezlikli Günəş Araşdırma Proqramı ilə əlaqəli hərbi işlərin həyata keçirildiyi iddia edilir. Həmin əraziyə gedənlər görüntüdə bomboş olan ərazinin tikanlı tellərlə əhatəli olduğunu və heç bir giriş qapısının olmadığını deyir.

Szazhalombatta neftayırma zavodu, Macarıstan

 Xəritədə yaşıl zolaqla örtülmüş vəziyyətdə görünür. Binaların yox edilərək dümdüz yaşıl bir sahə kimi göstərilməsi və niyə gizlədilməsi hələ də bir sirr olaraq qalır.

Huis Ten Bosch Sarayı, Hollandiya

Hollandiya kral ailəsinə məxsus bu sarayın görüntüləri senzuralanıb. Səbəbi ilə bağlı isə heç bir açıqlama verilmir.

Naməlum bölgə, Rusiya

Kimsə buranın hara və nə olduğuna dair heç bir məlumata sahib deyil. “Siberian Lights” adlı internet saytında bir şərhçi buranın gizli müdafiə bazası olduğunu və radar stansiyası, raket əleyhinə müdafiə sistemi olduğunu iddia etmişdi. Bir digər şərhçi isə buranın heç bir yerdə fotosunun olmadığını, mövcud fotoların isə  saxta olduğunu demişdi.

Mobil Petrol Şirkəti , Buffalo, ABŞ

Terror hücumlarından qorunmaq məqsədilə gizlədildiyi ehtimal edilsə də gerçək səbəbin bu ya başqa olduğu bilinmir.

Şimali Koreya,

quql xəritəsində geniş yaşıllıq sahə kimi qeydə alınıb. Nə bir küçə, nə bir bina. Heç bir şey görüntülərdə yoxdur.

Reims Hava sistemi, Fransa

Bu yerin də niyə gizlədildiyinə dair açıqlama yoxdur.

İndiana nüvə enerji stansiyası, ABŞ

Niyə görüntü verilmədiyi isə sirdir.

Vokel Hərbi Hava bazası, Hollandiya

Deyilənə görə, “Wikileaks”ın ortaya çıxardığı detallara görə gizlədilir. Ortaya çıxan detallarda isə bu ərazidə nüvə silahlarının olduğu qeyd edilmişdi.

HAARP hərbi bazası, Alyaska. ABŞ

ABŞ-ın indi ən mühüm döyüş silahlı olan HAARP həyata keçirə biləcəyi əməliyyatlarla hər kəsi qorxudur. Vətəndaş gözlərindən gizlədilən bu sahədə aparılacaq sınaqların sellər, zəlzələlərə səbəb ola biləcək qədər güclü olduğu deyilir.

Mazda yarış sahəsi, ABŞ

Sadə bir yarış sahəsi olan bu yer niyə gizlədilir?! Bilinmir.

Tantauco Təbii həyat parkı, Çili

Əsasən həyatı təhlükə altında olan heyvanların yaşadığı bu parkın gizlədilməsinə isə heç kim bir məna verə bilmir.

“The Hill” ya da digər adıyla “Elmira” reabilitasiya mərkəzi, ABŞ

Nyu Yorkda hərtərəfli qorunan xəstəxanadır.

Babil, İraq

Ətraf ərazilər  görünsə də xəritədə Babilin görüntüsü bulanıqdır Bu da hər halda ölkədə yaşanan qarışıq vəziyyətlə əlaqəlidir.

Bir rus vətəndaşının evi, Rusiya

“Wikipediya” da verilən məlumata görə, bu  gördüyünüz (yaxud görmədiyiniz) saray Qazpromun şefi Aleksey Millerin sarayıdır.

Polkovnik Sanders

Ən qəribə senzuralardan biri də KFC-nin loqosudur.

“Kentucky Fried Chicken”in loqosundakı Polkovnik Sandersin üzü dünyanın hər yerindən görüntü verən quql xəritəsindəki görüntülərdə senzuralanıb. Quql isə cavabında gerçək insanların üzünü göstərməyin qadağan olduğunu deyir.

Faroe Adaları, Danimarka

Deyilənlərə görə, bura hərbi bazadır. İndiyə qədər sülhməramlı siyasəti ilə tanınan Danimarkanın nə planladığı maraqlıdır.

Neftayırma zavodu, Macarıstan

NATO mərkəzi, Portuqaliya

Əslində gizliliyə üstünlük verilməsində qəribə bir şey yoxdur.

Seabrook Nüvə reaktoru, ABŞ

Bu yerin ABŞ-ın şimal şərqindəki ən ucqar nöqtəsində yer alan bir nüvə stansiyası olduğu deyilir.

Raket anqarı, İspaniya


Araşdırmalara görə, burda anqara bənzər bir bina var. Quqlun gizlətdiyi, ancaq “YAHOO maps”də görünən bu yerin “Virtual earth” proqramında da heç bir görüntüsü yoxdur.

Atom stansiyası, Fransa

0
31