Moskvada Qələbə günü ilə bağlı ilk məşqlər keçirilib

Moskvada Qələbə günü ilə bağlı ilk məşqlər keçirilib

Moskvada Böyük Vətən müharibəsində qələbənin 71-ci ildönümü münasibətilə təşkil olunacaq hərbi paradın ilk məşqi keçirilib.

Lent.az-ın ria.ru-a istinadən məlumatına görə, məşqdə 10 min hərbçi, 135 döyüş maşını, 100-dən çox uçuş aparatı iştirak edib.

Mərasim üçün son məşq Qızıl meydanda yerli vaxtla saat 10:00-da başlayıb.

Yürüşə Quru Qoşunları komandanı, general-polkovnik Oleq Salyukov komandanlıq edib, müdafiə naziri Sergey Şoyqu isə məşqi qəbul edib.

0
17