Gömrükdə əməliyyat: 54 800 ədəd siqaretlər aşkarlandı - FOTO

Gömrükdə əməliyyat: 54 800 ədəd siqaretlər aşkarlandı - FOTO

Qaçaqmalçılıq hallarının qarşısı alınıb.

Azərbaycan gömrük xidməti əməkdaşları xeyli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” Gömrük Postunda 3 fakt üzrə minik avtomobillərindən gömrük nəzarətindən gizlədilməklə ölkə ərazisinə gətirilən 54 800 ədəd siqaretlər aşkar edilərək götürülüb.

Siqaretləri ölkə ərazisinə gətirməyə çalışan şəxslər tütün məmulatlarını avtomobillərin müxtəlif yerlərində gizlətməyə çalışsalar da gömrükçülərin sayıqlığı nəticəsində qaçaqmalçılıq hallarının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

0
19