Maştağa sakinindən narkotik və soyuq silah götürüldü

Maştağa sakinindən narkotik və soyuq silah götürüldü

Araşdırma aparılır.

Bakıda narkotik alverində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Ağatahir Zəkiyevdən 5,38 qram marixuana götürülüb. Ona məxsus “BMW” markalı avtomobilə baxış zamanı əlavə olaraq 4 kiloqram marixuana, 2 ədəd bıçaq, 1 ədəd taxta dəyənək, həyətyanı sahəsinə baxış zamanı isə 9 ədəd çətənə kolu və 29,75 qram marixuana və elektron tərəzi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

0
51