Prezident İlham Əliyev Cüdo Federasiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev  Cüdo Federasiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul edib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin yaxşı təşkil olunduğunu deyən dövlət başçısı son dövrlər yerli idmançıların müxtəlif yarışlarda qazandığı böyük uğurların önəmini də qeyd edib.

Cüdo üzrə milli komandamızın bu yaxınlarda keçirilən Avropa çempionatında yüksək nəticələr əldə etdiyini xatırladan Prezident İlham Əliyev bu idman növünün Azərbaycanda populyarlığının getdikcə artdığını vurğulayıb və Azərbaycanın gələcəkdə beynəlxalq yarışlarda daha fəal və dinamik iştirak edəcəyinə ümid etdiyini dilə gətirib.

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin yüksək səviyyədə təşkilindən  məmnunluğunu ifadə edən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycanda cüdonun inkişafını daim dəstəklədiyini, Azərbaycanın  cüdo üzrə yığmasının yeni strategiya ilə yarışlarda daha yüksək fəallıqla iştirak edəcəyini gözlədiyini deyib. Marius Vizer 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında cüdo idmanı ilə bağlı aparılan hazırlıq işlərindən də danışıb.

Beynəlxalq Cüdo Federasiyası ilə fəal tərəfdaşlıq əlaqələrinin davam etdirilməsinin vacibliyini vurğulayan dövlət başçısı Marius Vizerin Federasiyasının prezidenti kimi Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirib və Azərbaycanda cüdonun zəngin ənənələrə malik olduğunu qeyd edib.

0
32