Bakıda “BMW” piyadanı vurub öldürdü

Bakıda “BMW” piyadanı vurub öldürdü

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 6-da saat 19 radələrində Nərimanov rayonunun akedemik Həsən Əliyev küçəsində Şamaxı rayon sakini Röyal Xasayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Gülnarə Dəyanovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş G.Dəyanova orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

0
14