Bakıda 84 yaşlı kişinin qətlinə görə 3 nəfər tutuldu

Bakıda 84 yaşlı kişinin qətlinə görə 3 nəfər tutuldu

Polis əməliyyat keçirib.

Bakıda törədilən qətlin üstü açılıb.

Oxu.Az DİN-in saytına istinadən xəbər verir ki, mayın 4-də Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu A.Abbasov küçəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zabil Məmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanova tutulublar.

Faktla bağlı araşdırma aparılır. 

0
25