Erməni generalı xalqı sakitləşdirir

Erməni generalı xalqı sakitləşdirir

“Biz hərbi əməliyyatlara hazırlaşmışıq”.

Ermənistan Silahlı Qüvvələrinin Baş qərargahının əməliyyat idarəsinin rəisi, general-mayor Artaq Davtyan bəyan edib ki, yaxın zamanda Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatlar gözlənilmir.

Oxu.Az xəbər verir ki, Ermənistanın İctimai radiosuna verdiyi müsahibədə Davatyan qeyd edib ki, KİV vasitələrində və naməlum şəxslər tətəfindən yayılan, Azərbaycan qoşunlarının cəbhə xətti boyu toplanması və hərəkəti barədə şayiələr hərbçiləri təəccübləndirir. 

Qeyd edək ki, generalın “şayiə” adlandırdığı məlumat kimsə tərəfindən deyil, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan tərəfindən yayılıb. 

Azərbaycanın öz torpaqlarının genişmiqyası hərbi əməliyyat vasitəsilə azad etdirmək imkanı Ermnistanda iğtişaşa səbəb olub, bu iğtişaş elə həddə çatıb ki, hərbçilər xalqı sakitləşdirməli olublar. 

“Belə ki, biz birinci növbədə düşmənin yerdəyişməsinə nəzarət edirik, kəşfiyyat aparılır, vəziyyəti qiymətləndiririk ki, hərbi əməliyyatlara hazır olaq, qüvvələrin toplanması barədə məlumat bizim üçün qəribə səslənir. Elə təsəvvür yaranır ki, sanki belə məlumatları yayanlar kəşfiyyat sistemindədirlər”, - Davtyan bildirib. 

Əslində, generalın sözlərinə görə, qoşunların toplanması sabah genişmiqyaslı hərbi əməliyyatların başlanması demək deyil.   

“Bir müddət öncə baş verən hadisələrdən sonra biz qruplaşmaları yeritdik və hərbi əməliyyatlara hazırlaşdıq, Azərbaycan da müəyyən məsələləri həll etmək üçün belə etdi”, - erməni generalı qeyd edib. 

“Mən səlahiyyətli şəxs kimi deyə bilərəm ki, yaxın günlərdə genişmiqyaslı hərbi əməliyyatlar gözlənilmir. Eyni zamanda, aprel hadisələrinə qədər də biz hərbçi kimi müharibənin istənilən gün başlayacağını hesab edirdik və buna hazır olmalıyıq. Bu hadisələr bizim bu qəbildən olan tapşırıqların yerinə yetirilməsinə hazırlığımızı göstərdi”, - Davtyan bildirib. 

0
22