TQDK mayın 15-də qəbul imtahanı keçirəcək

TQDK mayın 15-də qəbul imtahanı keçirəcək

İmtahanda 14.495 abituriyentin iştirakı nəzərdə tutulur.

Mayın 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

TQDK-dan Oxu.Az-a verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 6-dan etibarən bu qurumun internet saytında müvafiq səhifəyə (https://eservices.tqdk.gov.az/brxvbak/?frm=egov) daxil olaraq “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. 

Buraxılış vərəqəsi ilə yanaşı, saytın müvafiq səhifəsində (https://eservices.tqdk.gov.az/brxvbak/yaddas_kitab.pdf) onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanda 14.495 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 6.859-u ikinci qrup, 7.636-sı üçüncü qrup üzrə imtahan verəcək. 

0
29