İran neft hasilatını dondurmağa razılaşdı

İran neft hasilatını dondurmağa razılaşdı

Ölkə qarşısına məqsəd qoyduğu hasilat göstəricisinə nail olub.

İranın milli neft şirkəti NİOC Tehranın neft hasilatının həcminin dondurulması üzrə plana qoşulmağa hazırlığını bəyan edib, belə ki, İran istehsalatda istədiyi səviyyəyə çatıb. 

Oxu.Az xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb. 

Daha öncə Tehran saksiyaların tətbiq edildiyi dövrə qədər mövcud hasilat səviyyəsini (sutkada 4 milyon barel) və müvafiq olaraq dünya bazarında öz payını bərpa etmək istədiyini bəyan etmişdi. Bu mövqe Dohada aprelin 17-də neft istehsal edən ölkələrin neft hasilatını yanvar ayı səviyyəsində dondurulması imkanının müzakirəsinə həsr edilmiş  görüşündə fikir ayrılığına səbəb olmuşdu. 

NİOC şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Möhsen Kamsarinin sözlərinə görə, İran artıq qarşısına məqsəd qoyduğu hasilat göstəricisinə sutkada 4,2 milyon barelə nail olduğunu bildirib. 

“Müvafiq olaraq neft nazirinin (Bican Zanqane) can atdığı göstərici əldə edilib, və biz neft hasilatının dondurulması planına qoşula bilərik”, - telekanal onun İran KİV-nə açıqlamasından sitat gətirib. 

Bununla yanaşı, Kamsari qeyd edib ki, məsələyə dair yekun qərarı nazir verəcək. 

0
17