Diqqət: Bu yollar bağlanır – SİYAHI

Diqqət: Bu yollar bağlanır – SİYAHI

“Tour d’Azerbaidjan-2016” başlayıb.

“Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar paytaxt Bakı da daxil olmaqla bəzi rayonlarda bir sıra yollar bağlanıb.

Oxu.Az xəbər verir ki, turda 19 ölkədən 21 komanda iştirak edir. 

May ayının 7-də saat 09.30-dan 13.30-dək - Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədək, may ayının 8-də səhər saat 09.00-dan 12.00-dək - Bakı şəhərində “Azadlıq meydanı-Neftçilər prospekti-Nobel prospekti-Zığ şosesi-Qala yolu-Buzovna-Bilgəh-Zağulba-Buzovna-Hava limanı şosesi” marşrutu üzrə, saat 09.00-dan 15.30-dək isə - Heydər Əliyev prospekti-Yusif Səfərov küçəsi-Üzeyir Hacıbəyli küçəsi-Puşkin küçəsi-Azadlıq meydanı-Nefçilər prospekti-İçəri şəhərdə Kiçik Qala küçəsi-Qoşa Qala Qapısı-İstiqlaliyyət küçəsi-Sona xanım Vəliyeva küçəsi-Lermontov küçəsi-Teymur Elçin küçəsi-Mehdi Hüseyn küçəsi-Parlament prospekti-H.Cavid prospekti-Landau küçəsi-İnşaatçılar prospekti-Bakıxanov küçəsi-Səməd Vurğun küçəsi-Şəmsi Bədəlbəyli küçəsi-Bülbül prospekti-Üzeyir Hacıbəyli küçəsi-Puşkin küçəsi-Azadlıq meydanı” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunmasını xahiş edilir.

0
21