Bakıda dələduzluq edən müəllimə tutuldu – FOTO

Bakıda dələduzluq edən müəllimə tutuldu – FOTO

O, beş nəfəri atıb.

Bakıda Cinayət Məcəlləsinin “Dələduzluq” maddəsi ilə axtarışda olan qadın saxlanılıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Bakının Binəqədi rayon sakini Əbilova Validə Əsəd qızı özgənin əmlakını ələ keçirmək məqsədi ilə Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 9 ünvanında yerləşən “Caspian Shop” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan İsmayılov Məharət İzzətəli oglu, Hüseynova Leyla Hüseyn qızı, Bağırova Samirə Səxavət qızı, Əbilov Əbil Cəmil oğlu, İbişov İlham Qiyas oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilir.

Validə Əbilova 26 sentyabr 2014-cü il tarixində həmin şəxslərin etibarından sui-istifadə etməklə küllü miqdarda qızıl-zinət əşyalarını ələ keçirib. Bir müddət sonra şikayətçilər Nərimanov Rayon Polis İdarəsinə Əbilova barəsində şikayət ediblər. Validə Əbilova zərərçəkmişlərdən gizlənmək və istintaqdan yayınmaq üçün soyadını dəyişib və Əsədova soyadını götürüb. Buna baxmayaraq, rayon hüquq-mühafizə orqanları onu saxlayaraq, istintaqa cəlb ediblər.

Validə Əbilova (Əsədova) 276 saylı məktəb-liseydə müəllimədir.

Hazırda barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılan qadını 3 ildən 7 ilədək həbs cəzası gözləyir. İstintaq Validə Əbilovanın digər oxşar cinayətlərdə əlinin olduğunu istisna etmir.

0
242