Təyyarə burulğana düşdü: 17 nəfər yaralandı

Təyyarə burulğana düşdü: 17 nəfər yaralandı

İndoneziyanın Denpasar şəhərindən Honkonqa uçan “Hong Kong Airline” aviaşirkətinə məxsus təyyarə güclü hava burulğanına düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident nəticəsində 17 nəfər xəsarət alıb.

Malayziyanın Boneo adası üzərində olarkən burulğana düşən təyyarə Bali adasında yerləşən Denpasar şəhərinə qayıtmalı olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 3-ün ağır xəsarət aldıqları bildirilir. Təyyarənin göyərtəsində 204 sərnişin və 12 ekipaj üzvü olub.

0
16