ABŞ-dan Krım tatarlarına dəstək

ABŞ-dan Krım tatarlarına dəstək

Mayın 6-da Simferopol şəhərində silahlı şəxslər 100-dək Krım tatarını məsciddən çıxararaq avtobuslarla polis şöbələrinə aparıb.

APA-nın məlumatına görə, insidentlə əlaqədar ABŞ Dövlət Departamenti açıqlama yayıb.

“Krım tatarları repressiyalar və ciddi təzyiqlərlə üzləşməkdə davam edir. Bu qəddarlığa və insan haqlarının pozulmasına son qoyulmalıdır. Krım Ukraynaya qaytarılmayanadək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalacaq”, məlumatda deyilir.

Aprelin sonunda Krım Ali Məhkəməsi Krım Tatarları Məclisinin fəaliyyətinə qadağa qoyulması barədə qərara çıxarıb. Məhkəmə Məclisi ekstremist təşkilat kimi tanıyaraq Rusiyada fəaliyyət göstərməsinə qadağa qoyub.

0
23