Ünal Aysal yenidən “Qalatasaray”ın prezidenti olmaq istəyir

Ünal Aysal yenidən “Qalatasaray”ın prezidenti olmaq istəyir

"Qalatasaray"ın keçmiş prezidenti  Ünal Aysal yeni seçkilərdə namizədliyini irəli sürməyə hazırlaşır.

Musavat.com-un Türkiyənin "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, Ünal Aysal bu dəfə 300 milyon dollar büdcə ilə prezidentlik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Ünal Aysal 2011-2014-cü  illərdə "Qalatasaray"ın prezidenti olub və bu vaxt ərzində klub 2 dəfə ölkə çempionluğu, 1 dəfə super kubok qazanıb.

0
23