Suriyalı qaçqınlar Kanadada yanğından zərərçəkənlərə yardım etdi

Suriyalı qaçqınlar Kanadada yanğından zərərçəkənlərə yardım etdi

Kanadada sığınacaq tapan suriyalılar güclü yanğın nəticəsində zərər çəkmiş Fort-Makmürrey şəhərinin sakinlərinə maddi yardım göstəriblər.

APA-nın xəbərinə görə, bu barədə CTV telekanalı məlumat verib.

“Kanadalılar bir neçə ay bundan əvvəl ölkəyə pənah gətirən suriyalılara yardım edib. İndi isə qaçqınlar yerli əhaliyə kömək əli uzatmağa hazırdırlar. Azı 30 suriyalı ailə yanğın nəticəsində evlərini itirənlərə cüzidə olsa maddi yardım göstərib,  gündəlik məişət məhsulları, mebel və geyim veriblər. 5 yaşlı bir uşaq isə oyuncaqlarını və kitablarını kanadalı həmyaşıdlılarına hədiyyə edib”, deyə Kalqarı şəhərində Suriya qaçqınlarına dəstək qrupunun həmtəsisçisi Saimə Camal bildirib.

Xatırladaq ki, mayın 1-dən Kanadanın Alberta əyalətində güclü meşə yanğınları tüğyan edir. Burada 1 600 ev tamamilə yanıb, 90 min insan təxliyə edilib. Yanğının vurduğu maddi ziyan 9 milyard dollar həcmində dəyərləndirilir. Mayın 4-də regionda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

0
16