Kanadada meşə yanğınları: daha bir əyalətin əhalisi təxliyə olunur

Kanadada meşə yanğınları: daha bir əyalətin əhalisi təxliyə olunur

Güclü meşə yanğınları səbəbindən Kanadanın Britaniya Kolumbiyası əyalətinin əhalisi təxliyə olunur.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yanğınlar hazırda regionun şimal, şimal-şərq bölgəsində və Fort-Sent-Con şəhəri yaxınlığında tüğyan edir.

Artıq 1000 nəfər təhlükəsiz ərazilərə köçürülüb. 30 min hektarlıq ərazini əhatə edən yanğının qonşu Alberta ştatının şimal-qərb bölgəsinə keçməsi ehtimalı var. Adıçəkilən ştatın şimal-şərqində güclü yanğınlar mayın 1-dən davam edir, yanğın 100 min hektar ərazini əhatə edib.

Burada 1 600 ev tamamilə yanıb, 90 min insan təxliyə edilib. Yanğının vurduğu maddi ziyan 9 milyard dollar həcmində dəyərləndirilir. Mayın 4-də regionda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

0
20