Hələbdə “sükut rejimi” uzadıldı

Hələbdə “sükut rejimi” uzadıldı

Suriyanın Hələb şəhərində tətbiq edilən “sükut rejimi” üç gün müddətinə uzadılıb.

APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə nazirliyinin saytında bildirilir.

“Vəziyyətin gərginləşməsinə imkan verməmək məqsədilə Rusiyanın təşəbbüsü ilə Hələb şəhəri və Latakiya əyalətinin şimalında “sükut rejimi” mayın 7-si, saat 00:00-dan daha üç gün müddətinə uzadılıb”, məlumatda qeyd olunub.

Məlumatda həmçinin bildirilir ki, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə tətbiq edilən “sükut rejimi”nə ümumilikdə riayət olunur.

Xatırladaq ki, mayın 5-i, saat 00:01-dən etibarən Hələbdə 48 saat ərzində “sükut rejimi” tətbiq olunmuşdu.

0
14