Gömrük yoxlamaları asanlaşdırılır - VİDEO

Gömrük yoxlamaları asanlaşdırılır - VİDEO

Müasir avadanlıqlar vasitəsilə mallar elektron formada bəyan olunduqdan sonra qeydə alınacaq.

Gömrük sistemində işlərin sürətləndirilməsi və prosedurların sadələşdirilməsi istiqamətində işlər aparılır. 

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə,  bu  barədə Dövlət Gömrük Xidməti rəhbərinin müavini Şahin Bağırov jurnalistlərə məlumat verib.

“Hazırda biz iki layihə əsasında bunu həyata keçiririk. İlk növbədə ABŞ-ın ixrac nəzarəti və sərhəd təhlükəsizliyi proqramı çərçivəsində bir sıra avadanlıqlar verilib. İkinci növbədə isə Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik ilə bizim bərabər layihəmiz əsasında radioloji nəzarətin həyata keçirilməsi üçün verilən texniki vasitələrdir. Həmin texniki vasitələr eyni zamandan laborator müayinələrin aparılması üçün də istifadə ediləcək. Bu avadanlıqlardan həm keçid məntəqələrində, həm də Bakı Baş Gömrük İdarəsində istifadə oluncaq”, - deyə Şahin Bağırov diqqətə çatdırıb.

Yeri gəlmişkən, bu gün Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binası istifadəyə verilib. Yeni bina ilə yanaşı gömrük yoxlamalarını asanlaşdırmaq üçün yeni avadanlıqlar da alınıb. Binanın struktruna 10 şöbə, 10 gömrük postu və 9 bölmə daxildir. 360 əməkdaşın çalışacağı bu yerdə müasir avadanlıqlar vasitəsilə mallar elektron formada bəyan olunduqdan sonra qeydə alınacaq.

0
23