Sürücülük vəsiqələri pul kartı kimi istifadə ediləcək - VİDEO

Sürücülük vəsiqələri pul kartı kimi istifadə ediləcək - VİDEO

Bəzi banklar prosesə maraq göstərib.

Sürücülük vəsiqələrindən plastik ödəmə kartı kimi də istifadə etmək mümkün olacaq.

2013-cü ilin yanvar ayından etibarən sürücülük vəsiqələri yenilənməyə başlayıb.Bu vəsiqə köhnələrdən həm ölçüsünə, həm də içərisindəki məlumatlara görə fərqlənir.Yeni vəsiqələrin içərisinə xüsusi çip yerləşdirilib.

Həmin elektron daşıyıcı sayəsində gələcəkdə sürücülük vəsiqələrinin balansına pul yükləmək və onlardan ödəniş vasitəsi kimi istifadə edilməsi mümkün olacaq.

Hətta bəzi banklar da bu prosesə maraq göstərib. Lakin hələlik qəti qərar qəbul edilməyib.

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Kamran Əliyev bildirib ki,2013-cü ildən əvvəl verilən sürücülük vəsiqələri də istifadə müddəti bitdiyi üçün dəyişdirilərkən çip yerləşdirilmiş şəkildə, yeni dizaynda sahibinə təqdim ediləcək.

Vəsiqələri vaxtından əvvəl dəyişdirməyə ehtiyac yoxdur. Lakin sürücü özü istəyərsə, vəsiqənin vaxtı bitməmiş 18 manat dövlət rüsumunu ödəməklə onu yenisi ilə dəyişdirə bilər.

Oxu.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:

0
20