Neft bahalaşır

Neft bahalaşır

Hərracların son nəticələri.

Dünya bazarlarında neftin qiyməti Baker Hughes şirkətinin ABŞ-da qazma qurğularının azalmasına dair məlumatı fonunda bahalaşıb.

Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,31% artaraq 45,60 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 1,15% bahalaşaraq 44,83 dollar təşkil edib.

0
22