Müsəlman tarixdə ilk dəfə ​London meri seçilib

Müsəlman tarixdə ilk dəfə ​London meri seçilib

Xan insan haqları sahəsində ixtisaslaşmış hüquqşünasdır.

Leyboristlər partiyasının nümayəndəsi Sadiq Xan London meri seçilib. O, tarixə bu vəzifəni tutan ilk müsəlman kimi daxil olub, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Əslən pakistanlı olan 46 yaşlı Sadiq Xan fəhlə ailəsindən çıxıb, onun atası avtobus sürücüsü olub. Səkkiz nəfərdən ibarət ailə London kənarında sosial mənzildə yaşayıb. Xan insan haqları sahəsində ixtisaslaşmış hüquqşünasdır. O, 2008-2009-cu illərdə yerli idarəetmə məsələləri üzrə dövlət naziri postunu tutub, 2009-2010-cu illərdə isə nəqliyyat məsələləri üzrə dövlət naziri işləyib.

2013 və 2015-ci illərdə Xan Böyük Britaniyada "ilin hüquqşunası" seçilib. Onun həyat yoldaşı Sədiyə Əhməd də hüquq müdafiəçisidir. Cütlüyün iki uşağı var.

0
21