Daha iki kənd qazlaşdırıldı

Daha iki kənd qazlaşdırıldı

Hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mayın 6-da Neftçala və Şabran rayonlarının daha iki kəndinə təbii qaz verilib.

Oxu.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqazn” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şabran rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 139 abonentlik Günəşli kəndinin yenidən qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 11 978 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Həmin gün Neftçala rayonunun 233 abonentlik Xəzərkənd kəndinə ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, birpilləli sistem əsasında həyata keçirilmiş qazlaşdırma işləri zamanı 34 344 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri və sakinlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

0
24