ABŞ Bağdada 25 su piyadaçısı göndərdi

ABŞ Bağdada 25 su piyadaçısı göndərdi

Pentaqon ABŞ-ın səfirliyinin mühafizəsi üçün İraqın paytaxtı Bağdada əlavə olaraq 25 su piyadaçısı göndərib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hərbçilər ABŞ Dövlət Departamentinin müvafiq sorğusu əsasında Bağdada göndərilib.

Buna səbəb aprelin 30-da İraqın paytaxtında baş verən kütləvi etirazlar olub. Həmin gün etirazçılar İraq parlamentinin binasına daxil olaraq iğtişaş törədiblər.

Yaxın günlərdə İraqın paytaxtında yeni etiraz aksiyaların baş verməsi istisna olunmur. ABŞ səfirliyini qoruyan ABŞ hərbçilərinin dəqiq sayı açıqlanmır.

0
18