Azərbaycanın tanınmış meyxanaçısı 3 aylıq həbs edildi – VİDEO

Azərbaycanın tanınmış meyxanaçısı 3 aylıq həbs edildi – VİDEO

O, günahını etiraf edib.

Ötən gün saxlanması barədə məlumat yayılan məşhur meyxanaçı Mahir Cürət barəsində həbs qətimkan tədbiri seçilib. 

Oxu.Az xəbər verir ki, bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib.

Onun sözlərinə görə, meyxanaçı Corat qəsəbəsində saxlanılan zaman onun üzərindən narkotik vasitə hesab olunan heroin çıxıb və Mahir Cürət də ilkin dindirilmə zamanı günahını etiraf edib:

“O, ilkin ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib. Ötən gün onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılıb və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.

Tanınmış meyxanaçı Mahir Cürət may ayının 3 də Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və  onun üzərindən narkotik vasitə götürülüb. Onun Kürdəxanı qəsəbəsindəki Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasnda saxlandığı bildirilirdi.

0
27